DünyaGündəlikSiyasət

Ərdoğanla Putin taxıl sazişinin yeni formulunu Soçidə müzakirə edə bilərlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidəki danışıqlarda taxıl sazişinin yeni formulunu müzakirə edə bilərlər.

Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türkiyə sazişin bütün tərəfləri ilə təmaslardan sonra taxıl sazişinin yeni formulunu işləyəcək. Belə ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan eyni metodu bu dəfə Rusiyada tətbiq edəcək, yəni Rusiyanın hakim mövqelərinin rəyini dinləyəcək. Bundan sonra Türkiyənin xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə danışıqlar aparacaq. Təmasların yekunları üzrə hazırlanmış taxıl sazişi formulunu Türkiyə və Rusiya lideləri Soçidəki görüşdə müzakirə edəcəklər.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Source
Uza.uz

TuraNews

Back to top button