Dünya

Ərdoğan Liviyaya başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə telefon danışığı aparıb.

Turanews.kz xəbər verir ki, söhbət zamanı Ərdoğan həmkarına sel fəlakəti ilə əlaqədar başsağlığı verib.

Türkiyə Prezidenti fəlakətlə bağlı kədərini ifadə edib, yaralananlara tezliklə sağalma diləyib.

O, Türkiyənin fəlakətlə mübarizədə dost və qardaş Liviya xalqının hər zaman yanında olduğunu, yardımların davam edəcəyini bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.

TuraNews

Back to top button