İyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə olmaqla rekord həddə çatıb.
Turanews.kz xəbər verir ki, bundan öncəki gün, yəni 3 iyul 2023-cü il dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.
Belə ki, ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzinin (NCEP) yaydığı məlumata görə, iyulun 3-də qlobal orta temperatur 17,01 dərəcəyə çatıb.
Rekord 24 saat ərzində təzələnərək iyulun 4-də 17,18 dərəcəyə çatıb.
Qeyd edək ki, bundan əvvəl qlobal orta temperatur 2016-cı ilin avqust ayında 16,9 dərəcə olaraq ölçülüb.