Dövlәt Komitәsi bәyanat yayıb
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanatda bildirilib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı alınıb.
Azərbaycan Ermənistanın silahlı qüvvələrinin törətdiyi təxribat ilə başlayan qarşıdurmada həlak olan təxminən 100 erməni əsgərinin meyitini təhvil verməyə hazır olduğunu bəyan edib.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanatda bildirilib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı alınıb.
“Ermənistana atəşkəslə bağlı çağırış edilib və Azərbaycanın həlak olan təxminən 100 erməni əsgərinin meyitini təhvil verməyə hazır olduğu bildirilib”,-deyə bəyanatda vurğulanıb.
Bəyanatda məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə də məlumat verildiyi bildirilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.