Gündəlik

Dövlət satınalmalarının vahid internet portalı – “Etender.gov.az” yenilənib

“Etender.gov.az” – dövlət satınalmalarının vahid internet portalının istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq olunub. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması daxildir.

Qeyd edək ki, 2019-cu il martın 1-dən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir. Dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən portalda təkmilləşdirmə işləri davam etdirilir. Cari dəyişikliklərin tam siyahısı, o cümlədən digər yeniliklər barədə portalın xəbərlər bölümü vasitəsilə ətraflı məlumat əldə etmək olar.

TuraNews

Back to top button