Dünya
Dağıstanda matəm elan edildi

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanlar üçün matəm elan edilib.
Turanews.kz xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 27-yə, yaralıların sayı isə 75-ə çatıb.