Gündəlikİdman

Cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vurulub

Dekabrın 5-də qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Trend xəbər verir ki, bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” idman klubu 4:0 hesabı ilə “Təhsil” RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”ə qalib gəlib.

Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

TuraNews

Back to top button