Texnologiya

“ChatGPT” əlavə edilmiş “WhatsApp” ilə avtomatik mesaj göndərmək mümkündür

“Daniel Gross” adlı proqram tərtibatçısı “Python” proqamından istifadə edərək “ChatGPT”-ni “WhatsApp”a inteqrasiya edib.

Trend-in məlumatına görə, “WhatsApp” istifadəçisi heç bir tədbir görmədən avtomatik olaraq qarşı tərəfə mesaj göndərə biləcək. Ancaq qeyd etmək lazımdır ki, bu, nə “OpenAI” tərəfində, nə də “WhatsApp” tərəfində rəsmiləşən bir vəziyyət deyil.

Bu, yalnız Daniel Qross tərəfindən hazırlanıb. “WhatsApp”da “ChatGPT” chatbotunu aktivləşdirmək üçün əvvəlcə dil kitabxanasından faylları yükləmək lazımdır. Bundan sonra “WhatsApp-gpt-main” faylını açmaq və “server.py” sənədini işə salmaq lazımdır. Beləliklə,” ChatGPT” “WhatsApp”a inteqrasiya olunacaq.

“ChatGPT” işləyərkən siz ondan sonra “İs” yazmalı və “OK” düyməsini sıxmalısınız.

Beləliklə, “WhatsApp” hesabının telefon nömrəsi “OpenAI”-nin saytına daxil olacaq və telefon nömrəsi orada qeydiyyatdan keçəcək. Nəhayət, “WhatsApp” istifadəçisi “OpenAI” saytından “İnsan olduğumu təsdiqlə” seçimi ilə prosesi tamamlaya bilər.

Source
Telsat.az

TuraNews

Back to top button