Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son cavab qarşılaşmaları keçirilib.
Turanews.kz Trend-e istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubu öz meydanında Portuqaliyanın “Benfika” klubunu qəbul edib. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərinin heyətində qolları Nikolo Barella (14-cü dəqiqə), Lautaro Martines (66) və Xoakin Korrea (78) vurublar. Qonaqların heyətində isə Fredrik Eursens (38), Antoniu Silva (86) və Peter Musa (90+5) fərqləniblər.
İlk oyunda “İnter” 2:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, “İnter” yarımfinala yüksəlib.