Gündəlik

Çavuşoğlu: Türkiyə Azərbaycanı işğal olunmuş torpaqların azad edilməsində dəstəkləyib

Türkiyə Azərbaycanı işğal olunmuş ərazilərin azad edilməsində dəstəkləyib.

Turanews.kz xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya şəhərində çıxışı zamanı deyib.

“Təbii ki, biz işğal olunmuş ərazilərin azad edilməsində Azərbaycanı dəstəkləmişik. Zəlzələ zamanı köməyə birinci gələn, buradan isə sonuncu gedən də məhz Azərbaycan oldu”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, müxalifət isə bununla bağlı öz növbəsində “təəssüf ki, biz Azərbaycanı dəstəklədik” dedi.

XİN rəhbəri vurğulayıb ki, Türkiyə xalqı təəssüflə Azərbaycanın dəstəkləndiyini bəyan edənlərin hakimiyyətə gəlməsinə imkan verməyəcək.

TuraNews

Back to top button