Siyasət

Çavuşoğlu: Azərbaycan Türkün gücünü döyüş meydanında dünyaya göstərdi

Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi və torpaqlarını işğaldan azad etdi.

Turanews.kz xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar Seçki Koordinasiya Mərkəzinin (SKM) açılışında etdiyi çıxışında deyib.

“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Hazırda Türkiyə təkcə regional yox, həm də qlobal siyasi aktordur. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub”, – deyə M.Çavuşoğlu əlavə edib.

TuraNews

Back to top button