İqtisadiyyat

BOTAŞ-ın Türkiyədə həyata keçirəcəyi enerji layihələrinin sayı açıqlanıb

2023-cü ildə Türkiyənin BOTAŞ GN. MD. şirkəti enerji sahəsi üzrə ölkədə 15 layihə həyata keçirəcək.

Turanews.kz Trend-e istinadən xəbər verir ki, Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 14,3 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 4,9 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 44,6 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 8,1 milyard lirədir.

Qeyd olunub ki, keçən il Türkiyədə energetika layihələrinə ümimilikdə 297,1 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 76,8 milayrd lirə xarici kreditdir.

TuraNews

Back to top button