Həyat
Bakıda tozlu hava şəraiti müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.