Gündəlikİdman

Bakıda bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinə start verilib

Şənbə günü, aprelin 15-də Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin ikinci gününə start verilib.

Bu gün gənc və böyükyaşlı gimnastlar gürz və lentlə fərdi proqramda kvalifikasiyadan keçəcəklər, gənclər komandaları arasında 5 topla qrup məşqləri üzrə kvalifikasiya, həmçinin böyüklər yaş kateqoriyasında komandaların 3 lentlə və 2 topla qrup məşqləri üzrə kvalifikasiya yarışları keçiriləcək.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edirlər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyən olunur.

Azərbaycanda gənclər arasında AGF Junior Trophy Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib.

Source
Trend

TuraNews

Back to top button