Həyat

Bakıda atışma olub

Bakının Xətai rayonunda atışma olub.

Trend-in məlumatına görə, atışma “Nargilə kafesi” kimi tanınan ərazinin yaxınlığında qeydə alınıb. Bir nəfər ölüb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O, başından güllələnib. Yaralananlar isə Şaydayev Samir Ruslan oğludur, o, kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.

Baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

TuraNews

Back to top button