Koreya Respublikasının paytaxtı Seulda bədii gimnastika üzrə “The Fairy Korea” adlı beynəlxalq turnir keçirilib.
Trend Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandamız 3 lent və 2 top, həmçinin, 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.
Leyli Ağazadə halqa və gürzlərlə hərəkətlərdə qızıl, lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafata sahib olub.