Gündəlikİqtisadiyyat
Azərbaycanla Özbəkistan arasında avtomobil istehsalı ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb
İqtisadi Zonaların İnkişafı Agentliyi, Maşın və avadanlıq istehsalçıları Assosiasiyası və Özbəkistanın “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında əməkdaşlıq memorandumu imzalanıb.
Turanews.kz xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Özbəkistanın “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov Azərbaycanda səfərdədir. U.Rozukulov səfəri çərçivəsində Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək.