Gündəlikİqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsi 46,6 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2022-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsi bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb.

Xarici ticarət dövriyyəsinin 90 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Yunanıstan, Birləşmiş Krallıq, Xorvatiya, Almaniya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, Ukrayna, Qazaxıstan, ABŞ, İndoneziya, Vyetnam, Rumıniya, İsveçrə, Tunis və İran ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Source
Azertag

TuraNews

Back to top button