
AK Partiya İstanbul İl Başçılığı sözləri Əhməd Cavada aid olan məşhur Azərbaycan türküsü “Çırpınırdın Qara Dəniz”- i Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın 2023 seçkiləri üçün yenidən aranjeman edilib.
TurkicWorld-un məlumatına görə, bu barədə AK Partiyanın İstanbul İl sədri Osman Nuri Kabaktepe öz twitter hesabından paylaşım edib.
“Bu türkü bir xalqın liderinə olan sevgisinin adıdır”, – deyə Kabaktepe paylaşımında bildirib.
Məlumata görə, mahnıya hazırlanan klip sosial şəbəkədə böyük rəğbət qazanıb.
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir çoxu şərhlərdə Azərbaycanın Qarabağ qələbəsinə toxunaraq “Ay-ulduzlu qırmızı bayrağımız daha yüksəklərdə dalğalanacaq” kimi paylaşımlar edib.