İqtisadiyyat
Azərbaycanla Qazaxıstan arasında imzalanmış biznes sazişlərinin dəyəri açıqlanıb
Dünən Azərbaycan və Qazaxıstan şirkətləri 52 milyon dollar dəyərində sazişlər imzalayıblar.
Turanews.kz Trend-e istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev çərşənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, qarşıdakı iki gün ərzində sazişlərin sayının və dəyərinin artacağı gözlənilir.
Xatırladaq ki, aprelin 5-də iki ölkənin şirkətləri arasında Qazaxıstandan Azərbaycana metal məhsulların və polad lövhələrin tədarükü üzrə saziş imzalanıb. Həmçinin Qazaxıstandan Azərbaycana qida məhsulları və qənnadı məmulatlarının, akkumulyator və transformatorların tədarükü üzrə saziş imzalanıb.
Qeyd edək ki, aprelin 5-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir.