GündəlikHəyat

Azərbaycanın Xalq artisti İrana Tağızadə vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Turanews.kz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, – deyə Nazirlikdən bildirilib.

TuraNews

Back to top button