Həyat

Azərbaycanın pravoslav xristianları Türkiyəyə dəstək göstərirlər

Azərbaycanın pravoslav xristianları Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən insanlara humanitar yardım aksiyasına qoşulublar.

AZƏRTAC “pravoslavie.az” saytına istinadla xəbər verir ki, Bakı Yeparxiya İdarəsi tərəfindən humanitar yardım toplama məntəqəsinə isti adyal dəstləri təqdim olunub. Bakı şəhəri Mixail Arxangel kilsəsi nəzdindəki xeyriyyəçilik və sosial xidmət yeparxial bölməsi tərəfindən zəlzələdən zərərçəkənlər üçün yardım qəbulu məntəqəsi təşkil olunub. Məntəqəyə isti adyal, corab, papaq, əlcək, şarf, uşaq qidası, ərzaq və s. gətirib təhvil verirlər.

Bakıdakı Müqəddəs Məryəm ana kilsəsində də humanitar yardım toplanılıb. Humanitar yüklə dolu qutular toplama mərkəzlərindən birinə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

TuraNews

Back to top button