Azərbaycanda pul köçürmələrinin əksəriyyəti əmək haqqı kartlarından həyata keçirilir
Azərbaycanda pul köçürmələrinin əksəriyyəti əmək haqqı kartlarından həyata keçirilir.
Turanews.kz Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının konsultantı Anna Proxorova çərşənbə günü “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlənin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, bu, pul köçürmələrinin əksəriyyətinin rəsmi işə götürülmüş vətəndaşlar tərəfindən kartdan karta köçürüldüyündən xəbər verir.
“Həmçinin tədqiqatlarımız xaricdən Azərbaycana pul köçürmələrinin əksəriyyətinin Azərbaycan vətəndaşları tərəfindən daxil olduğunu göstərir. Əcnəbilərə gəlincə, onlar Azərbaycanda nağd pul vəsaitlərindən demək olar ki, istifadə etmirlər, habelə xaricdən pul vəsaitinin nağd yolla qəbulu və köçürülməsi metodundan istifadə etmirlər”, – A. Proxorova qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbayanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,62 milyard dollar olub ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.
Hesabat dövründə daha çox köçürmə Rusiyadan 2,969 milyard dollar məbləğində (4,8 dəfə artım) həyata keçirilib ki, bu da fiziki şəxslərin bütün köçürmələrinin 82 faizini təşkil edir. Fiziki şəxslər tərəfindən Azərbaycana ən çox pul köçürmələrinin həyata keçirildiyi 5 ölkə aşağıdakılarır: ABŞ – 155,342 milyon dollar (2,1 dəfə artım), Türkiyə – 122,141 milyon dollar (13,3 faiz artım), Almaniya – 53,585 milyon dollar (ikiqat artım) və Böyük Britaniya – 33,959 milyon dollar (4,9 faiz artım).