Bu gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Azərbaycan vətəndaşlarına zərurət olmadıqca İrana səfər etməmək, gedənlərə isə çox diqqətli olmaq tövsiyə olunub.