Gündəlik

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib

“Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur”, bunu prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.

Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.

İlham Əliyev bu yaxınlarda paytaxt Ankarada Türkiyə prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə prezidentinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan prezidenti Türkiyə müdafiə sənayesinin son illər çox böyük nailiyyətlər əldə etdiyini, “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını, bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolunu bir daha qeyd edib.

TuraNews

Back to top button