İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.75 faizə qaldırılıb.

AMB-dan Turanews.kz-ye bildirilib ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Bu qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il may ayının 3-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

TuraNews

Back to top button