GündəlikTexnologiya

Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir.

Assosiasiyadan Trend-ə bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub. Nəticədə kibertəhlükəsizlik sahəsində 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin (National Cybersecurity Index – https://ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstan 50-ci, Ermənistan isə 90-cı yerdədir.

Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:

1. Ümumi siyahı: https://ncsi.ega.ee/ncsi-index/

2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/

https://ncsi.ega.ee/country/az/?pdfReport=1

TuraNews

Back to top button