Gündəlikİdman

Azərbaycan karateçiləri mövsümün sonuncu Seriya A turnirində iki medal qazanıblar

Azərbaycan milli komandası İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində iki bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Mədinə Sadiqova (55 kq) nüfuzlu yarışı üçüncü yerdə başa vurublar. Digər karateçimiz Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançılarımızı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.

Mövsümün sonuncu Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.

Source
Azterag

TuraNews

Back to top button