Artvin şәhәrinin böyük hissәsinin yaylaqlardan ibarәt olduğunu bilirsinizmi?
Türkiyenin şimal-şərqindә yerlәşәn Artvin şәhәrinin böyük hissәsinin yaylaqlardan ibarәt olduğunu bilirsinizmi?
Türkiyenin şimal-şərqindә yerlәşәn Artvin şәhәrinin böyük hissәsinin yaylaqlardan ibarәt olduğunu bilirsinizmi?
Artvin şәhәri möhtəşəm meşələri, milli parkları, dərələri, şəlalələri, tarixi xarabalıqları, gölləri və yaylaqları ilə Türkiyənin təbiət turizmi baxımından ən zəngin şəhərlərindən biridir.
Artvinin tarixinə nəzər saldıqda onun qədim dövrlərə aid olmayan orta əsr şəhəri olduğu görünür. Buna baxmayaraq şəhərdə aparılan arxeoloji qazıntılar nәticәsindә eramızdan əvvəl 2000-ci ilə aid bəzi yaşayış məskənləri aşkar edilmişdir. Ancaq Artvin deyildikdə ağlımıza ilk gәlәn bölgənin möcüzәvi yaylaqlarıdır.
Diqqәtlәri cәlb edәn Artvin yaylaqları arasında yerlәşәn Kaçkar yaylağı geniş meşә vә çimәrliklәrә malikdir. Şəhərin cənub-qərbindəki 1250 metr yüksəklikdəki Kafkasör yaylağında hər il iyun ayında festival keçirilir. Yaylaqda şəfalı sular da var. Artvindən 10 km uzaqlıqda olan Hatilan vadisində çox sayda bitki növləri var. Bu bitki növlərinin bəziləri əczaçılıq sənayesində istifadə olunan bitkilərdir.
Qara dəniz bölgəsinin cənnəti olaraq adlandırılan Qaragöl dә Artvin şәhәrinin sərhədləri daxilindәki Borçka rayonunda yerləşir. Gölün yerləşdiyi rayon təbiət parkı elan edilib. Qaragöl təbiətsevərlər üçün dünyanın ən gözəl və diqqətəlayiq göllərindən biridir. Artvinin tarixini və təbiətini araşdırmaq istəyənlər üçün ideal dövr yağıntının ən az olduğu may-avqust aylarıdır.