GündəlikİqtisadiyyatSiyasət

Albaniya prezidenti Azərbaycana gələcək

Albaniyanın prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak edəcək.

TuraNews.kz xəbər verir ki, bu barədə məlumat Nizami Gəncəvi Beynəlxalq Mərkəziin (NGBM) rəsmi səhifəsində dərc olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu 14-16 mart 2024-cü il tarixlərində keçiriləcək.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.

Xatırladaq ki, 2023-cü ilin mart ayında keçirilən əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və görkəmli beynəlxalq təşkilatlar təmsil olunmuşdu.

Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb.

TuraNews

Back to top button