ABŞ Ukraynaya 200 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı göndərəcək.
Turanews.kz xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin bəyanatında bildirilib.
Hərbi yardıma hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.