Siyasət
ABŞ dövlət katibi Ermənistanı Azərbaycanla danışıqları davam etdirməyə çağırıb
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş nazirini Azərbaycanla danışıqları davam etdirməyə çağırıb, bu barədə Trend.az bildirilib.
Trend-in məlumatına görə, bu barədə E.Blinken bu gün öz “Twitter” səhifəsində yazıb.
“Mən baş nazir Paşinyanı xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilmiş danışıqlarından sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını davam etdirməyə çağırdım. ABŞ əvvəlki kimi bu səylərə sadiqdir”, – o bildirib.