ABŞ davamlı olaraq Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması zərurətinə diqqət yetirir.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.
“Biz davamlı olaraq gərginliyin azaldılmasını, bu iki ölkəni uzunmüddətli, hərtərəfli nizamlanma yoluna çıxarmaq zərurətini diqqət mərkəzində saxlamışıq. Biz Vaşinqtonda, eləcə də BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda xarici işlər nazirləri səviyyəsində görüşün təşkilinə töhfə verdik. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bizim ən əsası hər iki ölkənin gərginliyi aradan qaldırmaq üçün əllərindən gələni etdiklərinə əmin olmaq üçün Azərbaycan və Ermənistan rəsmiləri ilə fəal şəkildə əlaqə saxlayır”, – deyə Prays qeyd edib.