Gündəlik

Azərbaycan-Türkiyə təlimində tanklar, təyyarələr, helikopterlər və PUA-lardan istifadə edilib

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

Birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb.

Source
Azerbaycan24

TuraNews

Back to top button