Mədəniyyət

Həmyerlilərimiz Albaniyada musiqi festivalında uğurla çıxış ediblər

Azərbaycanlı gənc musiqiçilər Albaniyada keçirilən “Kënga Magjike” musiqi festivalında uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, festivalda iştirak edən “Mamagama” qrupunun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev “Ən yaxşı xarici artist” mükafatına layiq görülüblər.

Qeyd edək ki,“Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Bu mərasimdə dünyanın müxtəlif ölkələrini təmsil edən sənətkarlar öz musiqi bacarıqlarını nümayiş edirlər.

Source
Azertag

TuraNews

Back to top button