DünyaGündəlikİqtisadiyyat

Bu il Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı 14 milyon dolları ötüb

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq, 14,4 milyon dollara bərabər olub.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Qazaxıstana 9,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 14 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 1,3 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 2,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Source
Trend.az

TuraNews

Back to top button