DünyaGündəlik

Rusiyada beşmərtəbəli bina uçdu – 200-dən çox insan təxliyə edildi

Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub.

TuraNews.kz xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.

Qubernatorun sözlərinə görə, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi isə bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.

TuraNews

Back to top button