Müxtəlif mətbuat orqanlarında “Aztelekom” telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi və həbs olunanların olduğu deyilirdi.
Məsələ ilə bağlı Trend “Aztelekom”a sorğu ünvanlayıb.
“Müxtəlif kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanları tərəfindən qurumda iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, “Aztelekom” MMC-yə hüquq-mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorğu, məlumat və s. daxil olmayıb”, – sorğuya cavab olaraq “Aztelekom”dan bildirilib.
“Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – qurumdan qeyd edilib.