GündəlikHəyat

Məşhur türk rok musiqiçisi Erkin Koray vəfat edib

Türkiyə rok musiqisinin məşhur siması sayılan Erkin Koray dünyasını dəyişib.

Turanews.kz-in məlumatına görə, bu barədə onun qızı Damla Koray öz “İnstagram” səhifəsində yazıb.

Məlumata görə, E.Koray ağciyərindəki xəstəliklərlə mübarizə apardığı və eyni zamanda yaşla əlaqəli olan xəstəliklərdən əziyyət çəkib.

Bildirilib ki, rok musiqiçisi 82 yaşında vəfat edib.

TuraNews

Back to top button