Xarici işlər naziri Ceyhun Bayramovun Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü başlayıb.
Turanews.kz xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.