DünyaSiyasət

Özbəkistanda ümumxalq referendumu keçirilir

Aprelin 30-da Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Turanews.kz-nin məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, saat 20:00-da bağlanacaq. MSK ilkin nəticələri mayın 1-də elan edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində Özbəkistanda keçirilən referendumun müşahidəsində beynəlxalq müşahidəçi qismində iştirak edirlər. MSK-nın nümayəndələri səsvermə günü Daşkənddə və ölkənin bölgələrindəki seçki məntəqələrində müşahidə aparacaqlar.

Xatırladaq ki, Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.

Onlardan 452 mindən çoxu ölkədə, 159 mindən çoxu isə xaricdə səs verib.

Səsvermə üçün 10758 seçki məntəqəsi yaradılıb ki, onlardan 55-i 39 xarici ölkədə yerləşir. Ümumilikdə, 20 milyona yaxın Özbəkistan vətəndaşının iştirakı planlaşdırılır.

TuraNews

Back to top button