DünyaTexnologiya

“SpaceX” bir-iki ay ərzində yeni “Starship” buraxılışını həyata keçirməyə hazır olacaq

ABŞ-ın “SpaceX” şirkəti bir-iki ay ərzində özünün prototip “Starship” kosmik gəmisinin yeni buraxılışını həyata keçirə biləcək.

Turanews.kz Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin təsisçisi və rəhbəri İlon Mask məlumat verib.

“Görünür, biz “Starshipi” bir-iki ay ərzində yenidən işə salmağa hazır olacağıq”, – o bildirib.

“SpaceX” aprelin 20-də “Starship” prototipi quraşdırılmış daşıyıcı aparatının ilk sınaq buraxılışını həyata keçirib. 38 km hündürlüyə çatan 120 metrlik raket buraxılışdan təxminən iki dəqiqə yarım sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb, sonra partlayıb. Raket partlasa da, sınaq buraxılışı üçün uğurlu sayılıb.

TuraNews

Back to top button