Türkiyə futbol üzrə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.
Turanews.kz xəbər verir ki, Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib.
Daha əvvəl “Avro-2028” üçün Böyük Britaniya, İrlandiya, Şotlandiya, Uels, “Avro-2032” üçün isə İtaliya namizədliyini irəli sürmüşdü. Qeyd olunur ki, yaxın aylarda UEFA administrasiyası hər bir müraciətə baxacaq və UEFA İcraiyyə Komitəsi oktyabrda hər iki turnirə ev sahibliyi etmək hüququna dair səs verəcək.
Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək.