Dünya

Prezident İlham Əliyevə “Togg” elektromobili təqdim ediləcək

Prezident İlham Əliyevə Türkiyə istehsalı olan “Togg” elektromobili təqdim ediləcək.

Turanews.kz Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə edəcəyi “Togg” bazar ertəsi Türkiyə dövlət başçısına təqdim olunacaq.

“Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, ötən il Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Türkiyənin ilk elektromobili olan “Togg”un qarşıdakı 8 il ərzində 1 milyon ədəd istehsalı hədəflənir.

TuraNews

Back to top button