Sağlamlıq
Qazi və şəhid ailələrinin dərmanlarla pulsuz təmini təklif edilib
Dərman vasitələrinin ölkəyə gətirilməsi asanlaşdırılmalıdır. Ölkədə bir çox dərman preparatlarının çatışmazlığı var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, bəzi dərman vasitələrini əldə etmək çətindir, bəzən dərman vasitələrinin keyfiyyəti ilə bağlı şikayətlər olunur.
“Dərman vasitələrinin qiymətləri ilə bağlı da şikayətlər var. Biz TƏBİB-lə danışmalıyıq, bəlkə qazi və şəhid ailələri dərmanlarla pulsuz təmin edilsinlər. İcbari Tibbi Sığorta Fondunun imkanları genişlənir. Bəlkə qazilər, əlillər, təqaüddə olan insanlar üçün tədricən dərman vasitələri pulsuz təmin edilsin”, – deyə o əlavə edib.