Dünya
TBMM-in Xarici işlər komissiyası Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib
Finlandiyanın NATO-ya üzvlüyünə dair qanun təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasında qəbul edilib.
Turanews.kz xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Finlandiyanın Alyansa üzvlüyü üçün hələ ayrıca parlament təsdiqinə ehtiyacı var. Gələn həftə Türkiyə parlamentində bu məsələyə baxılacağı gözlənilir.