Gündəlik

Bakıda Batut gimnastikası üzrə dünya kubokuna start verildi

Bu gün Bakıda böyüklər arasında batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək yarış 2 gün davam edəcək.

Dünya Kubokunda Azərbaycanla yanaşı, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Saat 12:00-da start başlayacaq yarışlar İdman TV vasitəsilə canlı yayımlanacaq.

TuraNews

Back to top button