Gündəlik

Prezident Ərdoğan hazırda zəlzələ bölgəsi olan Qaziantepdədir

Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 14 min 14, yaralananların sayının isə 63 min 794 olduğunu açıqlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 14 min 14, yaralananların sayının isə 63 min 794 olduğunu açıqlayıb.

Fevralın 8-də Kahramanmaraş və Pazarcık qəsəbəsi, Hatay və İskenderun qəsəbəsi ilə Adanada zəlzələdən sonrakı fəaliyyətlərlə bağlı məlumat alan və təbii fəlakət qurbanları ilə görüşən prezident Ərdoğan bu gün Qaziantepə gedib.

Qaziantepdə görülən işlərə baxan və axtarış-xilasetmə işləri ilə bağlı məlumat alan Ərdoğan Kahramanmaraşda 10 vilayətdə təsirli olan zəlzələdə həyatını itirənlərin sayının 14 min 14, yaralı sayının isə 63 min 794 olduğunu bildirib.

Zəlzələ baş verdiyi andan dövlət olaraq bütün qurumları ilə bölgədə olduqlarını bildirən Ərdoğan zəlzələdə evi dağılan vətəndaşlar üçün 1 il ərzində yeni mənzillərin tikiləcəyini vurğulayıb:

“Bir tərəfdən konteyner işlərimiz var, digər tərəfdən xaricdən gələcək konteynerlərimiz var. Gələcək konteynerləri 10 vilayətə paylayacağıq”.

Source
TRT Haber

TuraNews

Back to top button