İqtisadiyyat
Rusiya Avropaya qaz nəqlini artırıb
Rusiyanın enerji şirkəti “Qazprom”-dan Rus mətbuatına verilən açıqlamada bildirilib.
“Ukrayna üzərindən Avropaya çatdırılan təbii qazın miqdarı dünənlə müqayisədə 20 faiz artaraq 29,4 milyon kubmetrə çatacaq”.
Açıqlamada həmçinin qeyd edilib ki, təbii qazın Sohranivka məntəqəsindən nəqlinə dair tələbə Ukrayna müsbət yanaşmadı. Bu səbəbdən nəql işi Suca məntəqəsindən reallaşdırılacaq və miqdar bu gün 29,4 milyon kubmetr səviyyəsində olacaq.