Siyasət

Türkiye Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Türkiye İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə silahlı hücumu pisləyib.

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib! Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib.

Türkiyə Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pislədiyini və hər zaman Azərbaycanın yanında olduğunu açıqlayıb.

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib ki İranda törədilən hadisədən sonra Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon vasitəsi ilə görüşüb.

Nazir Çavuşoğlu danışıq zamanı Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətlədiyini bildirib və Türkiyenin hər zaman Can Azərbaycanın yanında olduğunu vurğulayıb. Həyatını itirən səfirlik əməkdaşının ailəsinə başsağlığı verdiyini yaralananlara təcili şəfa dilədiyini sözlərinə əlavə edib.

Source
TRT Net

TuraNews

Back to top button